Güclü külək əsəcək – Xəbərdarlıq

7 Yanvar 2021 15:12 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasında yanvarın 8-i gündüzdən 9-u gündüzədək cənub-qərb küləyi 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən Mövqe.az-a verilən məlumata görə, yanvarın 8-i gündüzdən 10-dək Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20 m/s, əsasən dağlıq ərazilərdə isə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.