Koronanın yeni ştammı Avropanın 22 ölkəsində... - ÜST

7 Yanvar 2021 17:35 (UTC+04:00)

Koronavirusun yeni ştammı Avropanın 22 ölkəsində aşkarlanıb.

Mövqe.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Klüqe deyib.

“Bütün viruslar kimi, COVİD-19 virusu da zamanla dəyişir. 22 ölkədə yeni variant aşkarlanıb”, – deyə o bildirib.