FİFA-nın sabiq prezidenti Blatter xəstəxanaya yerləşdirilib

8 Yanvar 2021 09:10 (UTC+04:00)

Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq prezidenti Yozef Blatter səhhətinin pisləşməsi səbəbilə xəstəxanaya yerləşdirilib

Goal.az-ın "Blick" nəşrinə istinadən verdiyi məlumata görə, 84 yaşlı Y.Blatterin vəziyyəti ağır kimi qiymətləndirilsədə, onun həyatı üçün təhlükə yoxdur. Sabiq prezidentin xəstəxanaya yerləşdirilməsinin konkret səbəbi bildirilmir.

Y.Blatterin qızının sözlərinə görə, onun vəziyyəti günü gündən yaxşılarşır, lakin onun istirahətə ehtiyacı var.

Qeyd edək ki, Yozef Blatter 1998-ci ildən 2015-ci ilədək FİFA-nın prezidenti olub. İsveçrəli sabiq prezident korrupsiya işi üzrə 8 il futbol fəaliyyətindən kənarlaşdırılmışdı, lakin 2016-cı ildə FİFA-nın aprellyasiyas komitəsi bu müddəti 6 ilə qədər alatmışdı.