Ermənistanda çağırışçı əsgərlərin Qarabağa göndərilməsinə etiraz edirlər

8 Yanvar 2021 13:02 (UTC+04:00)

Hazırda Ermənistanda çağırışçı əsgərlərin valideynləri müdafiə nazirliyinin Vazgen Sarkisyan adına hərbi universitetinin binası qarşısında övladlarının Qarabağa xidmətə göndərilməsinə qarşı aksiya keçirirlər. Bu haqda “Novosti Armeniya” xəbər verir.

Valideynlər şikayətlənirlər ki, uçaqları zorla Arsaxa göndərilirlər. Söhbət Ermənistana məzuniyyətə gəlmiş çağırışçı əsgərlərin yenidən öz pozisiyalarına, yəni Azərbaycana qayıtmalarından gedir. Məsələ burasındadır ki, Azərbaycan bildirib ki, erməni hərbçilərinin dəstələrini Qarabağa buraxmayacaqlar və bu səbəbdən əsgərləri müvəqqəti olaraq universitetin binasına yerləşdiriblər.

“Biz istəmirik ki, uşaqlarımız Arsaxa getsinlər, çünki yollar olduqca təhlükəlidir. Onların dislokasiya yerlərinə çatmalarına zəmanət yoxdur. Biz Müdafiə Nazirliyindən zəmanət istəyirik ki, uşaqlar Ermənistan ərazisində xidmət keçəcəklər”-deyə, aksiya iştirakçılarından biri mətbuata bildirib.

Aksiyaçılar qeyd edirlər ki, əsgərlərə daimi dislokasiya yerlərinə göndəriləcəklərini bildiriblər, lakin təhlükəsizlik zəmanəti vermirlər. Bundan başqa, valideynləri narahat edən odur ki, uşaqları Qarabağa getməkdən imtina etsələr, onları mühakimə edəcəklər. Aksiya iştirakçıları Müdafiə Nazirliyindən izahat tələb edirlər.