Ötən il 49 milyon 153 min manat məbləğində ziyanın ödənilməsi təmin edilmiş, həmçinin 13 milyon 283 min manat dəyərində əmlak üzərinə həbs qoyulmuşdur

8 Yanvar 2021 13:41 (UTC+04:00)
Xəbər verildiyi kimi, yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir. Müşavirədə Baş prokuror Kamran Əliyev çıxış etmişdir. Bildirilmişdir ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla 49 milyon 153 min manat məbləğində ziyanın ödənilməsi təmin edilmiş, həmçinin 13 milyon 283 min manat dəyərində əmlak üzərinə həbs qoyulmuşdur.