Səudiyyə Ərəbistanına səyahət qadağası uzadıldı

8 Yanvar 2021 21:08 (UTC+04:00)
Səudiyyə Ərəbistanının sərhədləri koronavirusa görə martın 31-dək bağlı qalacaq. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama verib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti bir sıra ölkələrdə koronavirusun yeni mutasiyası aşkarlandığı üçün dekabrın 21-dən beynəlxalq hava limanlarını, habelə dəniz və qurudakı sərhəd keçid məntəqələrini bir həftəlik müddətə bağlamış, dekabrın 28-də isə müddəti daha bir həftə uzatmışdı. İndiyədək ölkədə koronavirusa 363,5 min nəfər yoluxub, bunların 6 282 nəfəri dünyasını dəyişib.