Qəzaya uğrayan təyyarə ilə bağlı yeni xəbər

9 Yanvar 2021 20:50 (UTC+04:00)
15:35
İndoneziyada Boinq-737 sərnişin təyyarəsi radardan itib.
Axar.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilib ki, şənbə günü saat 14:40 radələrində Cakarta-Pontianak marşrutu üzrə uçuşları həyata keçirən Srivijaya şirkətinin təyyarəsi ilə əlaqə itib.
Təyyarənin qəzaya uğradığı ehtimal edilir.
***
İndoneziyada sərnişin təyyarəsi qəzaya uğrayıb.
Məlumata görə, sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb.
Təyyarənin göyərtəsində 50-dən çox sərnişinin olduğu qeyd olunub.
***
İndoneziyanın Srivijaya şirkətinin qəzaya uğrayan sərnişin təyyarəsində 12 ekipaj üzvü də daxil olmaqla, 65 nəfər olub.
Bu barədə məlumatı İndoneziyanın Nəqliyyat naziri Budi Kariya Sumadi deyib. O bildirib ki, Yava dənizinə düşən təyyarədə 53 sərnişindən 10-u azyaşlı olub.
Sözügedən təyyarənin 26 ildir fəaliyyət göstərdiyi bildirilib.