Müstəqil Azərbaycanın uğurları

10 Yanvar 2021 16:42 (UTC+04:00)

Artıq vaxtilə Ermənistan dövlətinin vəhşicəsinə işğal etdiyi, Azərbaycanın əzəli torpaqları olan Qarabağ uğrunda müharibə sona çatıb. Xalqımız bu müharibənin olmasını, Qarabağın yolunu 30 ildir ki,  gözləyirdi. Axır ki, bizim olanı geri aldıq. Bu muharibədə bizə daim dəstək olan, yanımızda olan qardaş ölkə Türkiyə və Pakistana və bu müharibədə Azərbaycanı dəstəkləyən bütün ölkələrə, təşkilatlara və s. sonsuz təşəkkürlərimizi bildiririk. Şanlı ordumuz Ermənistanın ordusunu darmadağın etdi. Çünki biz haqq yolunda savaşırdıq. Düzgünlük, haqq-ədalət isə hər zaman qalib gələr. Bu döyüşdə bir an belə olsun düşünmədən canlarını vətən uğrunda fəda edəcək əsgərlərimiz kifayət qədər idi. Onların bu əzmi, iradəsi sayəsində durmadan irəliyə doğru getdik və qələbə çaldıq. Şanlı ordumuz düşmənə yaşatdırdıqlarını yaşatdı. Ali baş komandanımızın göstərişləri, düzgün taktikaları sayəsində  Qarabağımıza qovuşduq və azad edilmiş hər bir rayonda Azərbaycan bayrağı sancıldı. Həmçinin ön cəbhədə əsgərlərimizin, arxa cəbhədə isə biz gənclərin mübarizəsi sayəsində Azərbaycan xalqı qələbə sevincini yaşadı.

2020-ci il Azərbaycan tarixinə qızıl rəqəmlərlə yazılan, şanlı bir tarix oldu. Bu ildə Azərbaycan xalqının 30 illik həsrəti bitdi. Bu şanlı qələbə Azərbaycanın ədalət qələbəsidir, tarixi ədalətin bərpa edildiyi bir qələbədir. 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. 
Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi.    
Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. 
Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi  qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır.
Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik.
         Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermənistan ordusu yoxdur. Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu Qələbə tarixdə əbədi qalacaq.
Sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin Qarabağa getməsinə  icazə verməsi anlaşılmazdır. Qırmızı Xaç istisna olmaqla, heç bir beynəlxalq təşkilat  oraya gedə bilməz. Sülhməramlı qüvvələrin funksiyası noyabrın 10-da təsbit edildi. Nazirlər Kabinetində kadr islahatları aparılıb, rəhbərlik dəyişdirilib.Cəmiyyətdə kadr islahatları müsbət qarşılanır.  Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi.Buna cavab olaraq cənab prezidentimiz İlham Əliyev dedi: "Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. " 
             Azərbaycan gündən-günə daha da irəliyə doğru gedir, öz inkişaf yolunda bir çox uğurlara imza atır.Yeni reytinqə görə Azərbaycan Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında 28-ci yerdədir. Eyni zamanda, 10 ən islahatçı ölkə sırasındadır, əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında   ikinci yerdədir, hökumətin dəyişməyə cavabdehliyi, islahatçı obrazı əmsalına görə  beşinci yerdədir, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdədir, hökumətin siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdədir, infrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yer, hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer, avtomobil yollarının keyfiyyəti - 24-27-ci yer, inklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Dünya Bankının dünyanın ən nüfuzlu iqtisadı qurumu olması və hesabatın mötəbərliyi xüsusi vurğulanmalıdır.
Azərbaycan işğala, 1 milyon qaçqının olmasına baxmayaraq, bu nailiyyətləri əldə edib, gələcəkdə daha böyük nailiyyətlər əldə ediləcəyi şəksizdir.
Həmçinin, Azərbaycan koronavirusla mübarizədən şərəflə çıxır. Koronavirus, bütün dünya üçün çox böyük sınaq idi. Azərbaycan bu sınaqdan şərəflə çıxır. Görülən tədbirlər nəticəsində gün keçdikcə yoluxma sayı azalır, sağalma sayı isə artır. Bütün bunların hamısı müstəqil Azərbaycanın uğurlarıdır.
İbadova Günay 
Nəsimi rayon gənci