Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

10 Yanvar 2021 16:15 (UTC+04:00)
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 1 593 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mövqe.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 224 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib. Hazırda 13 061 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 368, bu günə qədər isə ümumilikdə 2 267 923 test icra olunub.