Kürdə suyun səviyyəsi qalxdı

10 Yanvar 2021 18:15 (UTC+04:00)

Kür çayında suyun səviyyəsi artıb.

Mövqe.az Report-a istinadən xəbər verir, son günlər Kür çayında suyun səviyyəsinin artımı müşahidə olunur. Bu daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində özünü biruzə verir.

Son iki gündə Kürdə cüzi enmələr olsa da, təkcə son bir ayda çayda suyun səviyyəsi 3,2 metr qalxıb. Nəticədə çayda yaranmış kiçik adalar suyun altında qalıb, sahilboyu quraşdırılmış su nasosları tam gücü ilə işləyir.

Əhalinin yay aylarında su sarıdan yaşadığı sıxıntılar aradan qaldırılıb. Hazırda Kür çayında saniyədə 400 kubmetr su sərfi axır.