Koronavirusun daha bir təhlükəli növü aşkarlandı

10 Yanvar 2021 20:15 (UTC+04:00)
Yaponiyada koronavirusun yeni variantı aşkar edilib. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. Ölkənin Yoluxucu Xəstəliklər Milli İnstitutunun mütəxəssisləri bildiriblər koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Qeyd edilir ki, yeni variant Böyük Britaniya və ya CAR-da yayılan ştamdan da sürətli yayılır. COVID-19-un yeni növü ölkəyə Braziliyadan ölkəyə gəlmiş dörd nəfərdə qeydə alınıb.