Bakıda evdən kişi meyiti tapılıb

11 Yanvar 2021 15:50 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Mövqe.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1988-ci il təvəllüdlü Seyidov Şəhriyar Zahir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.