Vətən savaşından qayıdan tələbələr... - TN

11 Yanvar 2021 17:00 (UTC+04:00)

Vətən müharibəsi ilə əlaqədar hərbi əməliyyatlara cəlb olunan tələbələr hərbi xidmətdən qayıtdıqdan sonra təhsillərini davam etdirə və imtahan sessiyasında iştirak edə bilərlər.

Mövqe.az xəbər verir ki, bu barədə Report-a Təhsil Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu gündən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.