Prezidentdən Moskvada onu qarşılayanlara jest

11 Yanvar 2021 17:13 (UTC+04:00)

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri gedib.

Mövqe.az xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər, o cümlədən ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu qarşılayıb.

Prezident İlham Əliyev pandemiyaya görə onu qarşılayanlarla əl tutuşmasa da, təbəssümlə salam verib.