"Facebook" "WhatsApp" istifadəçilərinin şəxsi yazışmalarını əldə etməyəcək

12 Yanvar 2021 13:10 (UTC+04:00)

"WhatsApp" messencerinin yeni siyasəti "Facebook"a istifadəçilərin şəxsi yazışmalarını əldə etmək vermir.

Mövqe.az-ın məlumatına görə, bu barədə "WhatsApp"ın yayımladığı bəyanatda deyilir.

Qeyd olunur ki, "Facebook" həm də istifadəçilərin əlaqə siyahısını da görməyəcək:

"WhatsApp", eləcə də "Facebook" sizin şəxsi yazışmalarınızı görmür və zənglərinizi dinləmir. "WhatsApp" yazışmaların və zənglərin qeydiyyatını aparmır və əlaqələrin siyahısını "Facebook"la paylaşmır".

Açıqlamada bildirilib ki, messencerdə qrup yazışmaları da gizlin qalır.