Türkiyə Qafqaz regionunda vacib iştirakçıdır - Çavuşoğlu

12 Yanvar 2021 13:49 (UTC+04:00)

Bu gün Türkiyə Qafqaz regionunun təhlükəsizlik məsələlərində vacib iştirakçıdır.

Mövqe.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqı üzv ölkələrinin səfirləri ilə görüşü zamanı deyib.

O bildirib ki, Türkiyə bu gün Suriyada, Liviyada, Qafqazda, Balkanlarda, Yaxın Şərqdə və Qara dənizdə bir çox sahədə, o cümlədən təhlükəsizlik sahəsində vacib iştirakçıdır.