İranda bir gündə 6,4 min nəfər koronavirusa yoluxub

12 Yanvar 2021 14:49 (UTC+04:00)

İranda ötən sutka ərzində 98 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56 360 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 408 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 299 022 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 507 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 088 456 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 8,26 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda İranda 30 rayon narıncı zona, 219 rayon sarı zona, 192 rayon isə mavi zona hesab olunur.