Ermənistanı Azərbaycanla danışıqlarda o təmsil edəcək

12 Yanvar 2021 16:25 (UTC+04:00)

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Qarabağla bağlı üçtərəfli qrupdakı Ermənistan nümayəndə heyətinə rəhbərlik edəcək.

Mövqe.az xəbər verir ki, bu məlumatı “İnterfaks” agentliyi yayıb.

Qeyd edək ki, Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında bəyanat imzalanıb. Bəyanata əsasən, iqtisadi situasiyanın inkişafı və iqtisadi infrastruktur layihələri üçün üçtərəfli qrup yaradılmalıdır.