MN: Sistemli şəkildə müraciətlər yoxdur

13 Yanvar 2021 12:44 (UTC+04:00)

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə yaradılmış komissiyaya əsasən hansı müraciətlərin daxil olduğu açıqlanıb.

Mövqe.az xəbər verir ki, bu barədə Report-a Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov məlumat verib.

O bildirib ki, sistemli şəkildə müraciətlər yoxdur:

“Lakin daha çox müraciətlər medallarla, hərbi biletlərdə müvafiq qeydiyyatların aparılması ilə bağlıdır. Komissiyanın üzvləri də bununla bağlı qeydiyyatları aparırlar və lazımı köməkliklər də edirlər”.