İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı

13 Yanvar 2021 11:30 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilmişdir. Bu günkü görüşü xüsusi önəmli və faydalı hesab edirəm, çünki regionda vəziyyətin inkişafı üçün danışa və birgə razılaşma imzalaya bildik"-deyə, Vladimir Putin bildirmişdir.

Onun sözlərinə görə, tikinti, iqtisadi əlaqələr, infrastruktur layihələrin inkişafı üzrə konkret addımların atılması üçün işçi qrup təşkil olunacaq və ona üç ölkənin hökumət rəhbərləri başçılıq edəcək.

Prezident İlham Əliyev də görüşü "önəmli" hesab etdiyini deyib: "Bugün imzalanan bəyanat bizim niyyətimizdən bəhs edir. Çünki hərbi əməliyyatların dayandırılması üzrə bəyanatın müddəalarından biri regionun nəqliyyat kommunikasiya xətlərinin blokdan çıxarılması idi. Bu o sahədir ki, regionun inkişafına dinamizm qata bilər və təhlükəsizliyi gücləndirə bilər, çünki nəqliyyat kommunikasiya xətlərinin açılması Azərbaycan, Ermənistan və Rusiya xalqlarının, bizim qonşularımızın maraqlarına cavab verir", o qeyd etmişdir.

O, qonşu ölkələrin də nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyaları şəbəkələrinin yaradılmasına aktiv şəkildə qoşulacağını güman etdiyini deyib.

10 noyabr bəyanatının "uğurla" yerinə yetirildiyini deyən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsindən danışıb: "Bütün bunlar onu göstərir ki, Vladimir Vladimiroviçin bir dəfə dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə - qonşuluqda birgə necə yaşamağı, nəqliyyat arteriyalarının blokdan çıxarılmasına dair məsələləri necə həll etməyə çalışmağı və gələcəkdə regionun təhlükəsizlik və stabiliyini gücləndirməyi düşünməliyik."

Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada Rusiya və Azərbaycan prezidentləri ilə danışıqlar zamanı Qarabağda atəşkəs haqqında 9 noyabr Bəyanatı əsasında əsirlərin mübadiləsinə dair bəndin yerinə yetirilmədiyini bildirmişdir.

Paşinyan Vladimir Putini regionda sabitliyin və təhlükəsizliyin bərpa edilməsi üzrə səylərinə görə təşəkkür edib və eyni zamanda təəssüf edib ki, bugünkü görüş nəticəsində "ən həssas və ağrılı" - hərbi əsirlər məsələsini həll etmək mümkün olmamışdır.

"Təəssüf ki, bu [Dağlıq Qarabağ] münaqişə hələ həll edilməyib. Əlbəttə ki, atəşkəsi təmin etmək mümkün olub, amma hələ həll edilməli çox məsələlər qalıb. Bu məsələlərdən biri Qarabağın statusunun həllidir", Nikol Paşinyan qeyd edib.

O qeyd edib ki, Ermənistan bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə danışıqları davam etdirməyə hazırdır.

Görüşün əvvəlində cənab Putin həmkarlarına Qarabağ üzrə üçtərəfli razılaşmanı və regionda problemlərin həlli üzrə gələcək addımları müzakirə etməyə hazır olduqları üçün təşəkkür edib: "Bu gün, ilk növbədə, ötən il 9 noyabr birgə bəyanatda əksini tapmış tənzimləmə üzrə əsas istiqamətlərdə növbəti addımların ilk planını tutmaq vacib olardı. Mən Rusiya sülhməramlı kontingentin fəaliyyəti, demarkasiya xətləri, humanitar problemlər, mədəni irs obyektlərinin qorunması ilə bağlı məsələləri nəzərdə tuturam", - Putin əlavə etmişdir.

Rusiya Prezidenti Dağlıq Qarabağda iqtisadiyyat, ticarət və nəqliyyat əlaqələrinin, eləcə də sərhədlərin açılması məsələləri ilə Rusiya, Ermənistan və Azərbaycan Baş nazir müavinlərinin rəhbərliyi ilə xüsusi üçtərəfli komissiyanın məşğul olacağını bildirmişdir.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli Bəyanatının icrasına baxılması planlaşdırılır və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirə edilməsi nəzərdə tutulur. Döyüş əməliyyatlarından zərər çəkmiş bölgələrin sakinlərinə yardımın göstərilməsi, eləcə də ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin işə salınması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək," - məlumatda deyilib.

 

İbadova Günay

Nəsimi rayon gənci