İlham Əliyevə qılınc hədiyyə edildi - Foto

13 Yanvar 2021 13:29 (UTC+04:00)

İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qələbə münasibətilə xatirə hədiyyəsini təqdim edib.

Mövqe.az xəbər verir ki, görüş çərçivəsində dövlət başçısı Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə xatirə şəkili çəkdirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.