Hərbçi qardaşlar qəzaya düşdü: biri öldü

13 Yanvar 2021 13:43 (UTC+04:00)

Şəki rayonunda hər ikisi hərbçi olan Kənan və Rəvan Məcidov qardaşları qəzaya düşüb.

Mövqe.az Hit.az-a istinadən xəbər verir ki, yanvarın 12-də saat 16 radələrində Şəki rayonunun Daşüz kəndi ərazisində Qax rayon sakini Rəvan Məcidov idarə etdiyi “Mersedes” markalı avtomobili körpüdən dərəyə aşırıb. Nəticədə sərnişini olan qardaşı Kənan hadisə yerində ölüb, özü və digər 4 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Kənan və Rəvan qardaşları Qax rayon sakinləridir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.