Ağdərədə erməni öz qurduqları tələyə düşüb öldü

13 Yanvar 2021 16:00 (UTC+04:00)

Ağdərə rayonunda ekskavatorçu minaya düşüb.

Mövqe.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, hadisə yanvarın 12-də saat 17:50-də "Ağdərə bağları" adlanan sahədə baş verib. Ağdərənin erməni əsilli sakini ekskavatoru idarə etdiyi zaman minaya düşərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ağdərəyə minaları Ermənistan ordusu basdırıb.