Qazın qiyməti son iki ilin rekordunu qırdı

13 Yanvar 2021 16:06 (UTC+04:00)

Son sutka ərzində Avropada təbii qazın spot qiymətləri 18% artıb.

Axar.az xəbər verir ki, bu məlumatı “İnterfaks” agentliyi yayıb. Bununla da mavi qazın hər 1000 kub metrə görə dəyəri 300 dolları keçirib.

TTF xabında qazın qiyməti 51 dollar artaraq, 335 dollara qədər yüksəlib. Bununla da qazın qiyməti 27 sentyabr 2018-ci ildən bu yana maksimal həddə çatıb.