Rəşid Mahmudov koronaya yoluxdu

13 Yanvar 2021 16:43 (UTC+04:00)
Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov koronavirusa yoluxub.
Mövqe.az Unikal.org-a istinadən xəbər verir ki, dosentin Covid-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda onun müalicəsi davam edir.
R.Mahmudov xəbəri təsdiqləyib:
“Bir neçə gün öncə test verdim. Koronavirusa yoluxduğum məlum oldu. Hazırda evdə müalicə alıram. Hələ ki, səhhətim normaldır.”