Bu marşrutların hərəkət sxemləri dəyişəcək

13 Yanvar 2021 17:30 (UTC+04:00)

Yanvarın 14-də Bakının Binəqədi rayonunun Mirmahmud Kazımovski küçəsi ilə hərəkət edən 52 və 193 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

Mövqe.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, dəyişikliyə səbəb küçənin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləridir.