Azərbaycan atəşkəsi pozmayıb - MN

13 Yanvar 2021 17:50 (UTC+04:00)

Müdafiə Nazirliyi bu gün erməni KİV-ində yayılmış Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı qətiyyətlə təkzib edir.

Bunu Axar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaydan Ordusu 2020-ci il noyabrın 10-da əldə olunan üçtərəfli razılaşmaya sadiqdir:

"Azərbaycan ordusu atəşkəsi heç bir halda pozmayıb".