3 şəhid anasına Azərbaycan vətəndaşlığı verildi

14 Yanvar 2021 11:35 (UTC+04:00)
2020-ci ildə Azərbaycan vətəndaşlığı verilən şəxslərin sayı məlum olub.
Mövqe.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirilən onlayn mətbuat konfransında məlumat verib.
O bildirib ki, ötən il 409 nəfər Azərbaycan vətəndaşlığına qəbul, 8 nəfər isə vətəndaşlığa bərpa olunub:
“Bildiyimiz ki, Yeni il bayramı ərəfəsində müraciətləri əsasında 3 şəhid anasına da Azərbaycan vətəndaşlığı verilib”.