Ağcabədi sakinindən külli miqdarda heroin götürüldü

14 Yanvar 2021 15:00 (UTC+04:00)

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mövqe.az-a verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Quliyev 4 qrama yaxın metamfetamini satarkən saxlanılıb. Davam etdirilən araşdırmalarla onun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan müxtəlif qablaşdırmalarda ümumi çəkisi 1 kiloqram 815 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.