İmtahanlara Vətən Müharibəsi ilə bağlı suallar salınacaq - DİM

14 Yanvar 2021 16:02 (UTC+04:00)

Tarix fənnindən qəbul imtahanlarının proqramına Vətən Müharibəsindən də suallar daxil ediləcək.

Mövqe.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə deyib ki, həmçinin "Abituriyent" jurnalinda Vətən Müharibəsi ilə bağlı məqalələr dərc olunacaq və orada faktlar göstriləcək.