Abidələrlə bağlı ilk bərpa işləri Şuşa şəhərində başlayacaq - Nazir

14 Yanvar 2021 17:35 (UTC+04:00)

İşğaldan azad edilən ərazilərdəki abidələrin bərpası işinə ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. İlk bərpa işləri Şuşa şəhərində başlayacaq.

Mövqe.az-ın məlumayına görə, bunu Mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir əlavə edib ki, daha sonra Ağdam, Füzuli və digər rayonlardakı avşbidələrin də bərpası aparılacaq. Lakin bunun üçün ilk növbədə həmin rayonlarda minalardan tam təmizlənmə aparılmalıdır.

Nazir deyib ki, işğaldan azad olunmuş ərazilərdə inventarlaşma işləri davam edir. Artıq 6 rayon üzrə məlumatlar əldə edilib: "Bu günə olan məlumata görə 399 mədəniyyət müəssisəsi həmin ərazilərdə aşkar edilib. Eyni zamanda 372 tarixi mədəniyət abidəsi aşkar edilib. Onlardan 195-i Şuşada yerləşir".

Nazir hazırda əldə edilən məlumatların sistemləşdirildiyini vurğulayıb: "Hazırda nazirlikdə yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həmd də xarici ekspertlərin cəlb edilməsi nəzərə tutulur.