Millimizin məşqçisi Rusiyada çalışa bilər

15 Yanvar 2021 16:01 (UTC+04:00)
Millimizin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko karyerasını Rusiyada davam etdirə bilər. Sport7.az xəbər verir ki, bu haqda Rusiya mətbuatı yazıb. 47 yaşlı mütəxəssis MOİK-in maraq dairəsinə düşüb. İddiaya görə, veteran futbolçu Moskva klubunda qapıçılar üzrə məşqçi vəzifəsinə əsas namizəddir. Kramarenko 2020-ci ilin avqustundan Azərbaycan millisində çalışır.