Niderland hökuməti istefa verir

15 Yanvar 2021 17:16 (UTC+04:00)
Niderlandın baş naziri Mark Rüttenin başçılıq etdiyi hökumət tam tərkibdə istefaya yollanır. Bu qərar ölkədə uşaqlara qayğı üçün verilən müavinətlərlə əlaqədar yaranan qalmaqal səbəbi ilə verilib. M.Rüttenin istefa ərizəsini kral Villem-Aleksandra təqdim etməsi gözlənilir. Qeyd edək ki, bir müddət Niderland Vergilər Xidmətinin səhvinə görə, uşaqlar üçün müavinət alan insanlar fırıldaqçı hesab olunub və onlardan alınan müavinətlərin büdcəyə qaytarılması tələb olunub. Daha sonra bunun texniki səhv olduğu üzə çıxıb.