Azərbaycanın bu Dövlət Komissiyası ləğv edildi

15 Yanvar 2021 19:54 (UTC+04:00)
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb. Mövqe.az-ın məlumatına görə, Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.