Ölkəmizdə aktiv koronavirus xəstələrinin sayı azalır

16 Yanvar 2021 11:11 (UTC+04:00)

Bu gün ölkədə aktiv xəstə sayı azalır. Bu günə qədər ölkədə rəsmi qeydiyyata düşən koronavirus xəstələrinin sayı 226 549 nəfərdir.

Mövqe.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, 14-20 dekabrda 26 214 yeni yoluxma olub:

“Ötən həftə ərzində isə 4386 yeni yoluxma baş verib. Sağalanların sayına gəldikdə, dekabrın ortasında 27 861 nəfər sağalırdısa, indi bu rəqəm 13 838-dir. Rəqəm az olsa da, yeni yoluxanlarla müqayisədə 3-4 dəfə çoxdur. Bu da çox önəmlidir”.