65 yaşdan yuxarı şəxslər bu tarixdə peyvəndlənəcək

16 Yanvar 2021 11:35 (UTC+04:00)

Fevralın 1-dən 65 yaşdan yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq.

Mövqe.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.