Baxçalı: Şuşanın azad edilməsi ilə bu zəncir qırıldı

16 Yanvar 2021 21:22 (UTC+04:00)

Ötən ilə damğasını vuran və qəlbləri sevinclə dolduran Qarabağ zəfəri türk millətinin son illərdə qazandığı ən şanlı uğurlardan biridir. Bu çərçivədə Qarabağın Azərbaycanın əbədi vətəni olduğu qeyd edildi və əsarət zənciri aradan qaldırıldı.

Mövqe.az xəbər verir ki, bu barədə MHP lideri Dövlət Baxçalı Tvitterdə yazıb.

“Qarabağın "can evi" mərtəbəsində olan Şuşanın 8 noyabr 2020-ci ildə xilası zülmün müqavimətini qırıb, terrorçu dövlət Ermənistanın şikəst xəyallarını suya salıb.

Şuşa strateji mövqedən əlavə türk mədəniyyəti və tarixinin simvolu olan bir yerdir”, - o bildirib.