Suraxanıda tikili yanıb

17 Yanvar 2021 09:30 (UTC+04:00)

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 70 m² olan dəmir konstruksiyadan ibarət tikilinin taxta üzlüyü və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.