Qubada ikimərtəbəli ev yanıb

17 Yanvar 2021 10:02 (UTC+04:00)
Quba rayonunun Alpan kəndində ikimərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, ümumi sahəsi 70 m² olan (hər mərtəbəsi 35 m², ikinci mərtəbəsi taxta konstruksiyalardan ibarət) ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.