Daha 2 səyyar qrup yaradılıb – Anar Eyvazov

17 Yanvar 2021 13:49 (UTC+04:00)

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiya müraciət edən bəzi vətəndaşlarımız könüllü olaraq komissiyanının işinə köməklik etməsi ilə bağlı müraciətlər ediblər. Bu da tərəfimizdən müsbət qarşılanıb. Həmin vətəndaşlar komissiyaya könüllü qoşularaq digər vətəndaşlarımıza köməklik göstərirlər.

Mövqe.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

"Vətəndaşların gediş-gəlişini və rahatlığını nəzərə alaraq əlavə olaraq yanvarın 18-dən iki səyyarın qrupun da yaradılmasına qərar verilib. Belə ki, həmin səyyar qruplardan biri Pirəşəkül qəsəbəsində, digəri isə Gəncə şəhərindəki hərbi hissənin ərazisində fəaliyyət göstərəcək”, - nazirlik rəsmisi bildirib.