Qarabağda daha 3 erməni əsgərin meyiti tapıldı

17 Yanvar 2021 15:10 (UTC+04:00)

Son sutkada Qarabağdakı döyüş meydanlarından daha 3 erməni əsgərin meyiti tapılıb.

Mövqe.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, hazırda axtarışlar Hadrut, Füzuli və Cəbrayılda aparılır.

Qeyd edək ki, Azərbaycan Ordusunun icazəsi əsasında aparılan bu axtarışlarda indiyədən 1235 erməni əsgərin meyiti tapılıb.