Bir neçə vəzifəli şəxs bu gün peyvənd olunub

18 Yanvar 2021 11:01 (UTC+04:00)

Səhiyyə naziri Oqtay Şirəliyev, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı koronavirus infeksiyasına qarşı peyvənd olunmaq üçün Bakı Sağlamlıq Mərkəzinə gəliblər.

Mövqe.az-ın məlumatına görə, onunla birlikdə peyvənd olunmaq üçün TƏBİB-ın şöbə müdiri Yaqut Qarayeva və qurumun digər rəhbər şəxsləri də tibb müəssisəsindədirlər.

Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirusa qarşı peyvəndləmə işlərinə start verilir. İlk olaraq tibb işçiləri peyvənd olunacaq.