Daxili Qoşunların şəhid olan hərbçilərinin sayı açıqlandı

18 Yanvar 2021 19:45 (UTC+04:00)

Vətən müharibəsində Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu da iştirak edərək cəsarət və igidlik nümunələri göstərib.

Mövqe.az xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

Nazir bildirib ki, onlardan 65 nəfəri şəhid olub, 347 nəfəri yaralanıb.