Nazir açıqladı: 2 mindən çox cinayətin üstü açıldı

18 Yanvar 2021 20:51 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin "102" Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2 288 cinayət "isti izlər"lə açılıb.
Mövqe.az xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında bildirib.
Nazir eləcə də "Təhlükəsiz şəhər" sisteminin imkanları ilə 477 cinayətin açıldığını, axtarışda olan 94 avtomobilin saxlanıldığını deyib.