ÜST: Çin virusu gizlətməsəydi...

19 Yanvar 2021 09:26 (UTC+04:00)
Çin koronavirusun yayılmasının qarşısını almaq üçün daha sürətli tədbirlər görə bilərdi.
Axar.az xəbər verir ki, bu barədə ÜST-ün müstəqil ekspertlər qrupunun açıqlamasında deyilib.
Bildirilib ki, epidemiyanın ilk günlərdə gizlədilməsi virusun qlobal yayılmasına səbəb olub.
Ekspertlərin sözlərinə görə, Çində erkən siqnallara daha çevik reaksiya vermək üçün imkanlar var idi.