Fransızlar “köhnə palanın içi qurddalayaraq" cinayətin üstünü açıblar

19 Yanvar 2021 14:27 (UTC+04:00)

 

Fransanın Le monde qəzetinin “Karaçi işi: Eduard Balladur və Fransua Leotar nəhayət Respublika Ədalət Məhkəməsində mühakimə olunurlar” başlıqlı məqaləsində keçmiş cinayət işinin yenidən gündəmi zəbt etdiyindən yazır.

Hadisədən iyirmi beş il keçdikdən sonra keçmiş baş nazir və keçmiş müdafiə naziri 1995-ci il prezidentlik kampaniyasının gizli maliyyələşdirmə sistemində iştirak etdiklərinə görə yanvarın 19-dan “məhşər ayağına” çəkilib.  12 parlamentçi və 3 peşəkar məhkəmə hakimi qarşısında tezliklə 92 yaşı olacaq Eduard Balladıur və 78 yaşlı Fransua Leotar cinayət məsuliyyətinə cəlb ediləcək.  Yeri gəlmi8şkən, Eduard Balladur erməni əsilli fransız vətəndaşıdır. "Le monde" yazır ki, cinayətin "Karaçı işi" adlandırılması səhvdir. Onu "Balladur işi" adlandırsalar, daha düz olar.

“Mövqe.az”