Məktəblərin açılması xəbərlərinə Təhsil nazirliyindən cavab

19 Yanvar 2021 15:00 (UTC+04:00)

Tədrisin ənənəvi qaydada bərpası və hansı tarixdə başlaması ilə bağlı müxtəlif saytlarda əks olunan informasiyaların heç biri Təhsil nazirliyinə istinadən verilməyib.

Mövqe.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimiaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün sosial şəbəkədəki səhifəsində yazıb:

"Bunlar sadəcə jurnalist versiyalarıdır. Gəlin, 22 yanvar tarixində cənab nazirin iştirakı ilə olacaq press brifinqi gözləyək".