Daha iki liderin sosial şəbəkə hesabları bağlandı

19 Yanvar 2021 21:16 (UTC+04:00)

Braziliya Prezidenti Jair Bolsonaru və Hindistan Baş naziri Narendra Modinin də sosial şəbəkədəki hesabları bağlanıb.

Mövqe.az xəbər verir ki, bu barədə “Qardian” nəşri məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVİD-19 virusundan ölənlərin sayının kəskin artması məhz Bolsonarunun məsuliyyətsizliyi ucbatından baş verib. Üstəlik, Bolsonarunun peyvəndlənmə əleyhinə də olması onun sosial şəbəkə hesabının bağlanılmasına əsas yaradıb.

Modinin hesabı isə onun müsəlman miqrantlara qarşı qanun qəbul etməsində sonra bağlanıb.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Trampın sosial şəbəkə hesabları bağlanılmışdı.