Polis rəisi təqaüdə göndərildi

20 Yanvar 2021 10:00 (UTC+04:00)
Tovuz Rayon Polis şöbəsinin rəisi Şirzad Əsgərov tutduğu vəzifəsindən azad edilib.
Mövqe.az Report-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən Ş.Əsgərov son yaş həddinə görə işdən azad olunub.