Türk Şurası 20 Yanvar qurbanlarının xatirəsini yad edib

20 Yanvar 2021 11:40 (UTC+04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Vətən uğrunda həyatlarını qurban verən Azərbaycanın bütün qəhrəmanlarının xatirəsini yad edib.

Mövqe.az-ın məlumatına görə, bu barədə Şuranın 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "Biz faciənin qurbanlarının nurlu xatirəsi qarşısında hörmətlə baş əyirik".